İstanbulda XIV Avrasiya İqtisadi Zirvəsi keçiriləcəkdir

Aprelin 13-dən 15-dək Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XIV Avrasiya İqtisadi Zirvəsi keçiriləcəkdir. 
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirmişdir ki, hər il olduğu kimi, bu zirvə görüşündə də Azərbaycan nümayəndə heyəti fəal iştirak edəcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, sənaye və energetika naziri Natiq Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, iş adamlarının və jurnalistlərin təmsil olunması nəzərdə tutulan nümayəndə heyətimizin enerji, terrorizmlə mübarizə, təhlükəsizlik və digər məsələlər üzrə müzakirələrdə iştirak edəcəyi gözlənilir.

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında