2003-cü ildən indiyədək ARDNF dövlət büdcəsinə 84,5 milyard manat transfert edib

2003-cü ildən bu il iyulun 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub.
 
“APA-Economics” ARDNF-nin saytına istinadən xəbər verir ki, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 299 mln. manat, II rübdə isə 4 milyard 608 milyon manat dövlət büdcəsinə transfert edilib.
Bununla da 2003-cü ildən bu il iyulun 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği 84 milyard 524 milyon manat təşkil edib.
Qeyd edək ki, ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. Həmin ildə fond dövlət büdcəsinə 100 milyon manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30 faiz, 2005-ci ildə 15,38 faiz, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 milyon manat transfert edilib. 2007-ci il illə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34 faiz, 2010-cu ildə 20,34 faiz, 2011-ci ildə 52,16 faiz, 2012-ci ildə 10,06 faiz, 2013-cü ildə 14,59 faiz artıb.
2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə fonddan dövlət büdcəsinə transfertlər 17,74 faiz, 2015-ci ildə 12,93 faiz, 2016-cı ildə 6,33 faiz 2017-ci ildə isə 19,89 faiz azalıb.
Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin ildə fonddan dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfert edilib.
Xatırladaq ki, 2018-ci ilin yanvar – iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 731,6 milyon manat təşkil edib.
 2018-ci ilin yanvar – iyun ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akr hesabı ödənişlər 0,5 milyon manat təşkil edib.
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında