BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli tankerlə ydünya bazarlarına yola salınıb.

“BP-Azerbaijan” şirkətinin məlumatına görə, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin yayında reallaşıb. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 kilometr məsafəni qət edərək nəql olunub,  təxminən 600 min barel həcmində “Azəri-Çıraq-Günəşli” (AÇG) xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində “British Hawthorn” tankerinə yüklənib və yeni Ceyhan Dəniz Terminalından yola salınıb.

İlk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

Tikinti mərhələsindən başlayaraq BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda, boru kəmərinin Bosfor  və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında