Altı ayda Dövlət Neft Fondunun büdcə gəlirləri 9 milyard 173,7 milyon manat təşkil edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar--iyun ayları ərzində ARDNF-in büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 731,6 milyon manat təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin yanvar--iyun ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akr hesabı ödənişlər 0,5 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-in 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 608 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur--Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı--Tbilisi--Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. 2 milyon manat vəsait “2007--2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar--iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 838,5 milyon manat olub.

2018-ci il iyulun 1-nə fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 6,22 faiz artaraq 38 milyard 36,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-in ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına yaranıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında