Ölkənin qeyri-neft ixracının 9 faizindən çoxunun sənədləşdirilməsi İxraca Dəstək Mərkəzində həyata keçirilir

“Bir pəncərə” İxraca Dəstək Mərkəzinin verdiyi məlumata görə,  son bir il ərzində 600-dən çox Azərbaycan ixracatçısına dəstək göstərib. Dəstək çərçivəsində sahibkarlara dövlət qurumları tərəfindən müxtəlif çeşid növlərinə müvafiq olaraq sertifikatlar verilib, ilk dəfə ixrac fəaliyyətinə başlamış sahibkarlara sənədləşmə prosesində kömək göstərilib, ixracatçıların maarifləndirilməsi məqsədilə seminarlar və təlimlər təşkil edilib. Bundan əlavə, sahibkarların müraciətləri əsasında görüşlər keçirilib.

İyun ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verilib. Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya, Çex Respublikası daxil olmaqla müxtəlif ölkələrə ixrac olunub.

Hazırda ölkənin qeyri-neft ixracının 9 faizindən çoxunun sənədləşdirilməsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında