Dünya bazarında neftin qiyməti aşağı enib

Dünya bazarında “qara qızıl”ın qiyməti son 2,5 ildə xeyli aşağı düşüb. Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,5 dollar azalaraq bir barreli 70,10 dollar olub. “Brent” markalı neftin qiyməti 5,5 dollar azalaraq bir barreli 74,30 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 5,6 dollar azalaraq bir barreli 76,40 dollar olub.
 
Ekspertlər bildiriblər ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin üç səbəbi var. Birincisi, iyun ayından Səudiyyə Ərəbistanı hasilatı sutkada 400 min barrel artırıb. İkincisi, Liviya Dövlət Neft Şirkəti öz işini bərpa edərək 4 limandan istifadə etməklə neft ixracını artırıb. Qeyd edək ki, Afrika qitəsində ən çox neft ehtiyatı Liviyadadır. Üçüncüsü,  ABŞ-la Çin arasında güclü ticarət müharibəsi gedir. Çinin 200 milyard dollarlıq malı təhlükə altındadır.
 
Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında