İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan bildiriblər ki, institutda Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrası çərçivəsində təşkil edilən tədbirdə perspektiv əməkdaşlıq imkanlarına dair geniş müzakirə aparılıb.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda elmi-tədqiqatların aparılmasının təşkili, metodiki əməkdaşlıq, layihələrin qiymətləndirilməsi və analitik təhlillərin aparılması, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, sahibkarlığın inkişafı mövzularında vergiödəyiciləri arasında maarifləndirmə işinin təşkili məqsədilə treninqlərin, ixtisasartırma kurslarının keçirilməsi, insan kapitalının keyfiyyətinin yüksəldilməsi və s. sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında