Bakıda neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb

Cari ilin yanvar-may aylarında Bakıda xam neftin hasilatı 15 milyon 909 min ton, əmtəəlik təbii qazın istehsalı isə 7 milyard 158 milyon kubmetr təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz azalıb. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında