Bakıda “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində qarşılıqlı etimad” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə vergilər naziri Mikayıl Cabbarov, “AmCham Azərbaycan”ın rəhbərliyi və təşkilata üzv olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında