Qida sahəsində pozuntular barədə vaxtında məlumat vermək mümkün olacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər.

Bu sözləri keçirdiyi mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, bu proqram ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilir: “Artıq may ayında keçirilən tədbirdə biz onu nümayiş etdirdik. 7 il müddətinə qida təhlükəsizliyinə dövlət nəzarəti istiqamətində layihə hazırlanıb. Dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz təhlükəsiz qida olsun”.

Q.Təhməzli qeyd edib ki, mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusu halı ilə rastlaşarsa, bu barədə Agentliyə dərhal məlumat verə biləcəklər: “Video və ya foto çəkib göndərdikləri zaman biz məsələni araşdırdıqdan sonra müvafiq tədbirlər görüləcək”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında