Azərbaycanda yeni avtomobil icad edildi

Astaralı gənc bir neçə avtomobilin ehtiyat hissələrindən yararlanaraq qeyri-adi görünüşə malik avtomobil yığıb.
 
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara rayonunun Şiyəkəran kənd sakini olan Ceyhun Babayev yük daşınması üçün nəzərdə tutduğu maşını 6 ay müddətində ərsəyə gətirib.
Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Müasir standartlara cavab verən maşın dizel yanacağı ilə işləyir: "Təsərrüfat yerlərimiz yolsuzluq şəraitində yerləşdiyi üçün belə maşın yığmağa başladım. Əsasən təsərrüfat üçün nəzərdə tutulub. 100 km-ə 2 litr yanacaq yandırır. Uzunluğu 4 metrdir, 5 metrə qədər uzada bilərəm. Eni də 1,60 m-dir".
Ceyhun Babayev maşının hazırlanmasında VAZ markalı bir neçə avtomobilin ehtiyat hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özü görüb.
Bu, süjetimizin qəhrəmanının gördüyü ilk belə iş deyil. Ceyhun Babayev bundan əvvəl “Muravey” markalı motosikletin mühərrikində dəyişiklik edərək onun dizel yanacağı ilə işləməsini təmin edib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında