Bakı-Tbilisi-Qars marşrutu Rusiya regionlarından Türkiyə limanlarına yükdaşımalarının ən qısa yoludur

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası saziş əsasında çəkilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun böyük potensialı var.

Yaxın vaxtlarda biz bu potensialı işə salmaq istəyirik. Biz görürük ki, Rusiya və sazişin iştirakçısı olan ölkələr arasında münasibətlər BTQ sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Biz Avropa ilə Asiyanın qoşulması yolu ilə yaxın vaxtlarda birbaşa xarici investisiyaların gələcəyini də gözləyirik.

NUHÇIXAN “morvesti.ru”ya istinadla xəbər verir ki, bunu “Rus konteyner şirkəti” Səhmdar Cəmiyyətinin (“RKŞ” SC) baş direktoru İvan Qrişaqin bildirib.

“RKŞ” SC mütəxəssisləri BTQ dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımalarının ən qısa yolu kimi qiymətləndirirlər.

Açılışı 2017-ci il oktyabrın 30-da olan Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu 850 kilometrdir. Bunun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. İlkin mərhələdə bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımalarının həcmini daha da artırmaq nəzərdə tutulur. “RKŞ” SC analitiklərinin proqnozlarına görə, gələcəkdə dəmir yolunun sərnişindaşıma və yükdaşıma qabiliyyəti artırılaraq, ildə təqribən 2-3 milyon sərnişinə və 15 milyon tondan çox yükə çatdırıla bilər.

İ.Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında