İqtisadi fəal əhalinin 4850,1 min nəfəri məşğul əhalidir

İyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5103,5 min nəfər olub, onlardan 4850,1 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, cari il mayın 1-nə muzdla işləyənlərin sayı 1538,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,2 min nəfər, qeyri-dövlət sektorunda isə 651,0 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1504,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,0 saat təşkil edib.

2018-ci il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,7 min nəfər olub, onların 36,7 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 347,4 manatdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında