Rusiya neft hasilatının artırılması barədə qərarı alqışlayır

Rusiya OPEK+ sazişinə əsasən neft hasilatının sutkada 1 milyon barrel artırılması barədə qərarı alqışlayır. Bu bəyanatla Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.
 
Nazir jurnalistlərə müsahibəsində deyib ki, bu qərar monitorinq komitəsində işlənib hazırlanmış təkliflərə və neft bazarında nə etmək lazım olması barədə bugünkü təsəvvürlərə müvafiqdir. A.Novak onu da əlavə edib ki, bazar iştirakçılarının çoxu neft hasilatının artırılmasına razıdırlar.
Qeyd edək ki, OPEK üzvü olan ölkələrin nazirləri dünən keçirilmiş iclasda “OPEK+” sazişi çərçivəsində neft hasilatının sutkada 1 milyon barrelə qədər artırılması barədə qərar qəbul ediblər. Bu barədə qəti qərar OPEK+ üzvü olan ölkələrin  bu gün Vyanada keçiriləcək iclasında qəbul ediləcək.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında