Birjalarda neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,18 faiz artaraq bir barreli 74,01 dollara çatıb. Bundan əvvəl isə “Brent” markalı neftin bir bartrelinin qiyməti 73,05 dollar idi. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,24 faiz artaraq bir barreli 66,35 dollar olub. Bundan əvvəl isə 65,54 dollar idi. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barrelinin qiyməti 76,10 dollar olub.
 
“Bloomberg”in məlumatına görə, Avstriyanın paytaxtı Vyanada OPEC+ Monitorinq Komitəsinin iclası keçirilib. İclasda qərara alınıb ki, OPEC-ə üzv olmayan dövlətlər hasilatı sutkada 1 milyon barrel artırsınlar. Üç aydan sonra isə bu qərara yenidən baxılacaq. Hasilatın artırılmasının nəticələri müzakirə ediləcək.
Rusiyanın energetika naziri Aleksandr Novak səudiyyəli həmkarı Xalid əl- Falihlə dünya bazarında neftin qiyməti ilə bağlı müzakirələr aparıb. 
Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında