“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub

Artıq ölkə vətəndaşları və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq “ASAN Ödəniş” sisteminə uğurla inteqrasiya edilmiş “e-Manat” ödəmə terminalların vasitəsilə də həyata keçirə bilərlər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yaxın zamanda digər növ dövlət ödənişlərinin də “ASAN Ödəniş” sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin “e-Manat” ödəniş terminalları vasitəsilə həyata keçirilməsi mümkün olacaq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Ödəniş” sisteminin imkanlarından istifadə etməklə nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi, eləcə də bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları, eləcə də hesab.az, e-pul.az, portmanat.az portalları, “e-Manat” ödəmə terminalları vasitəsilə təmin edilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında