2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.

Bu barədə AKPA Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib. Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək.

Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.

Agentliyin məlumatına görə, bu dövr üçün istehlak inflyasiyası dövrün sonuna zəifləmə tendensiya ilə 6-6,5 faiz həddində olacaq: “AKPA gözləyir ki, Azərbaycan sabit-müsbət fazasına daxil olacaq, lakin iqtisadi artım təmkinli olacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına  əsasən, 2018-ci ilin yavar-aprel aylarında ölkənin ÜDM-u 1,2 faiz təşkil edib, qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Həmin dövr ərzində inflyasiya 3,5 faiz təşkil edib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında