Azərbaycanda yeni ödəniş sistemi işə salınır

Azərbaycanda yeni ödəniş sistemi - Paymanat (paymanat.az) işə salınır. Yaxın günlərdə ödəmə sisteminin prosessinq mərkəzi rolunda çıxış edəcək Expressbank ASC ilə müqavilə imzalanacaq: “Yaxın üç həftə ərzində Paymanat sisteminə mobil və stasionar rabitə, kommunal xidmətləri və s. ödəmə servisləri inteqrasiya olunacaq. Bununla yanaşı ay ərzində Android və iOS əməliyyat sistemləri üzərində çalışan qurğular üçün Paymanat mobil tətbiqi işə salınacaq”.

Bundan başqa, istifadəyə Paymanat plastik kartları da veriləcək: “Bu kartları Expressbank ASC filiallarına müraciət edərək əldə etmək mümkün olacaq. Hal-hazırda test etmək üçün məhdud sayda kart buraxılıb”.

Paymanat kartı elektron pul kisəsi ilə birləşdiriləcək, bu da öz növbəsində qeydiyyatdan keçmiş istifadəçilərə virtual hesab açmaq imkanını yaradacaq.

Elektron pul kisəsinin balansını MilliÖN və eManat terminalları vasitəsi ilə artırmaq mümkün olacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında