Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi

Fins.az saytından verilən xəbərə görə, bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. 516,8 min dollar olub. Məlumata görə, APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,8% təşkil edib.

Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 162 mln. 743.6 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 267 mln. 773,1 min dollar dəyərində məhsul ixrac olunub.

Yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 mlrd. 895,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 24,5% çoxdur.

Qonşu ölkənin ixracı 28% artaraq 1 mlrd. 284,7 mln. dollar, idxalı isə 23,4% artaraq 3 mlrd. 610,9 mln. dollar təşkil edib.

İsaq Əmənullayev,  
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında