“TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir”

“XXI əsrin layihəsi” olaraq səciyyələndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) yalnız Avrasiyada yox, dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir.
 
TANAP barədə fikir və mülahizələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan bu layihənin bir sıra üstünlükləri var. Enerji təhlükəsizliyi və inkişaf elementlərini özündə birləşdirən TANAP-ın tikintisi qrafiq üzrə, vaxtında və keyfiyyətlə həyata keçirilib. 
SOCAR prezidenti deyib: “Əminik ki, TAP layihəsi də nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu xəttin tikintisi qrafiq üzrə həyata keçirilir. 2020-ci ildə TANAP vasitəsilə Azərbaycan qazını bu xəttə ötürməyi ­planlaşdırırıq”.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında