Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll ediləcək

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqində bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı bu dəfə də nitqində Ermənistan- Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişilməz olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, bəzi qüvvələri narahat edən məsələ Azərbaycanın iqtisadi gücünün, beynəlxalq nüfuzunun sürətlə artması, ölkəmizin bütün göstəricilərə görə regionda lider dövlətə çevrilməsi və əlbəttə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və müasir silahlarla təchizatının durmadan yüksəlməsidir. Bütün bunlar da Azərbaycan liderinə müstəqil siyasət yürütməyə, milli mənafeyə və dövlət maraqlarına söykənən strateji xətti uğurla reallaşdırmağa, düzgün qərarlar qəbul etməyə imkan verir. Prezidentin nümayiş etdirdiyi siyasi iradə və qətiyyət bir daha bizi əmin edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həllini tapacaq və Azərbaycan torpaqları öz tarixi sahiblərinə qaytarılacaqdır. 
Ermənistanda son dövrələrdə baş verən hadisələr isə onu göstərir ki, bu gün bu ölkə hakimiyyət böhranı yaşayır. İşğala məruz qalan Azərbaycan isə münaqişə dövründə milli maraqlara söykənən, balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində iqtisadi və siyasi gücünü artırmaqla regionun lider dövlətinə çevrilib. 
 Regionda heç bir beynəlxalq iqtisadi layihə ölkəmizin iştirakı olmadan, bizim mövqeyimiz nəzərə alınmadan həyata vəsiqə ala bilmir. Bu, onu göstərir ki, ölkəmiz dünya xəritəsində layiq olduğu yeri tutub. Ən mühüm məsələ odur ki , bu gün dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllində israrlıdır. Bütün dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Azərbaycan öz ərazisi üzərində suverenliyini bərpa etmək üçün tam qanuni hüquqa malikdir. Cənab Prezidentin bildirdiyi kimi, hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya müstəqil Azərbaycan dövlətini Dağlıq Qarabağın daxil olduğu sərhədlər çərçivəsində tanıyıb və bu gün də belə tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır. 
Azərbaycanın düzgün dövlət siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş beynəlxalq hüquqi aktlar, müasir diplomatik şərait, ölkəmizin real hərbi-iqtisadi gücü Ermənistanın işğalçı siyasətinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə əsas verir.
Artıq bütün dünya Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələrindən məlumatlıdır. Bütün bunların aradan qaldırlıması üçün ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmalı və dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etməlidirlər. Münaqişənin hərbi yolla həllinə gəlincə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bu vasitədən istifadə etmək hüququna da sahibdir. Bunun üçün Azərbaycanın ən müasir silahlarla təchiz edilmiş güclü ordusu və yenilməz zabit və əsgərləri var. Bu gün ermənilər özləri də etiraf edirlər ki, Ermənistan hərbi birləşmələri Azərbaycan Ordusu və onun təchiz edildiyi supermüasir silahlar qarşısında acizdir. 
İndi regionda və Ermənistanda elə bir vəziyyət yaranıb ki, rəsmi İrəvan münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsindən başqa yolu yoxdur. Çünki yalnız konstruktiv mövqe sərgiləməklə, problemin ədalətli həllinə zəmin yaradacağı halda Ermənistan regional layihələrə qoşulub iqtisadi iflasdan xilas ola bilər. 
Çingiz Qənizadə,
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında