TANAP Türkiyə və Azərbaycanın birgə qələbəsidir

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası bu gün özünün inkişaf zirvəsinə çatıb. Bu günlərdə TANAP-ın möhtəşəm açılış mərasimi keçirilməsi və Azərbaycanın bu qlobal layihədə aparıcı amil kimi iştirak etməsi güclü enerji strategiyamızın olduğunu bir daha təsdiqləyir. Bu fikirləri AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib. 
 
O deyib ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda neft və qaz ehtiyatlarının hasilatı, dünya bazarına çıxarılması dövlət siyasətinin əsas hissəsinə çevrildi. Xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra güclü neft strategiyasının əsası qoyuldu. Onun səyi nəticəsində 1994-cü ildə sentyabrın 20-də “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, region və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.  
 İyunun 12-də Trükiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsinin təntənəli açılışı olub. Açılışda iştirak edən ­Prezident İlham Əliyev bildirdi ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün deyildi.
M. Qasımlı bildirib ki, TANAP-ın daxil olduğu Cənub Qaz Dəhlizi də “Əsrin müqaviləsi” kimi bir xəyal, əfsanə hesab edilirdi. Amma artıq bu, reallıqdır. Dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu nəhəng layihənin rəsmi açılışı bizim üçün həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu, ondan ibarətdir ki, bütün dünya Azərbaycanın təşəbbüsü ilə istənilən layihənin reallaşdırıldığını gördü. Dəfələrlə nəhəng layihələrlə bağlı müəyyən proseslərin şahidi olmuşuq. Qonşu ölkələrin tarixindən bildiyimiz kimi, böyük layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılır, lakin son nəticədə fikir ayrılıqları səbəbindən həmin layihələr reallaşmır. Həmçinin bu layihəni həyata keçirməklə böyük beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Layihədə 7 dövlət – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya iştirak edir. Eyni zamanda, Bosniya və Hersoqovina, Xorvatiya, Monteneqro bununla bağlı Anlaşma Memorandumu imzalayıblar, yəni, onlar da bu prosesdə iştirak edən dövlətlərdir.
Deputat diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal layihəsidir. Bu layihədə Böyük Britaniya yaxından iştirak etmişdir. Bundan da əvvəl, Avropa İttifaqı Bakıda Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannaməni imzalamışdır. Bu layihə qarşıdan gələn 100 il ərzində xalqımıza xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq. 
Azərbaycan Prezidenti 
İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihə, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu, eyni zamanda, enerji şaxələndirilməsi layihəsidir.  
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən, Avropanın ən böyük layihəsi olan, 40 milyard dollardan artıq investisiya tələb edən bu layihə artıq reallaşıb. Bundan bütün tərəflər udacaq. Təbii ki, ən böyük uğur qazanan dövlətlərdən biri məhz Azərbaycandır.
Söhbəti qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında