Azərbaycan qazı Avropa bazarlarına yol açır

“Son illər ölkəmizin bir sıra beynəlxalq layihələrin reallaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar və bununla bağlı müvafiq qərarların qəbul olunması Azərbaycanın enerji siyasətinin uğurudur. Bakı-Tbilisi - Ceyhan neft , Bakı-Tbilisi - Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihələrin reallaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir. Bu layihələr istiqamətində əldə olunan razılaşmalar iqtisadi xarakter daşısa da, özünə siyasi dəstək də qazanıb”. – Bu fikri bizimlə söhbətində Milli Məclisin deputatı Flora Qasımova səsləndirdi. 
 
Deputat bildirdi ki, iyunun 12-də Azərbaycan daha bir uğura imza atdı: “Mən 40 il ərzində istifadədə olması gözlənilən Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) layihəsinin açılış mərasimini nəzərdə tuturam.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “birgə uzaqgörənliyimizin ən son meyvəsi” adlandırdığı bu layihə Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. ­TANAP-la bağlı saziş 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə o zaman Türkiyənin Baş naziri vəzifəsində işləyən Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılacaq. Beş il ərzində reallaşdırılması planlaşdırılan kəmərin tikintisi əvvəlcə 7,5 milyard dollar olaraq nəzərdə tutulub, sonradan qiyməti 12 milyard dollara qalxıb. Layihənin ilk mərhələsi 2018-ci ildə bitib. 2020-ci ildə kəmərin buraxılış qabiliyyətinin ildə 16 milyard kubmetr, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetr olması gözlənir”.
F.Qasımova dedi ki, bu layihədə Azərbaycan 58 faiz paya malikdir. Yeni qaz kəməri Azərbaycanı böyük regional təchizatçıya çevirəcək: “Ümumi dəyəri 40 milyard avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Gürcüstan,Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas seqmentlərindən biridir”.
“TANAP layihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir”, – deyən F.Qasımova Azərbaycanın hazırda Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını diqqətə çatdırdı. Onun sözlərinə görə, son illər beynəlxalq əhəmiyət kəsb edən iri infrastruktur layihələrin reallığa çevrilməsi də bunu təsdiqləyir.
F.Qasımova vurğuladı ki, dövlətimizin başçısı da bu layihənin böyük əhəmiyyətə malik oduğunu diqqətə çatdırıb. Dövlət başçımız deyib ki, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsziliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir: “Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında