Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır

 2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişinə uyğun olaraq 18 milyon dollardan çox məbləğdə layihələr reallaşdırmağı planlaşdırır.Trend xəbər verir ki, bunu saziş çərçivəsində yaradılmış idarəetmə komitəsinin iclasında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, 2017-ci ildə bu sənəd çərçivəsində 16,5 milyon dollar məbləğində layihələr icra olunub.

Nazir müavini xatırladıb ki, layihələrin ümumi məbləği 72 milyon dollar təşkil edir: "Bu platforma çərçivəsində 47 layihə reallaşdırılıb. Bunlar 3 sahəni əhatə edir: iqtisadiyyatın şaxələndirilməsi və layiqli əməyin təmin olunması; institusional potensialın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması; ekoloji problemlərlə bağlı risklərin qiymətləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi".

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında