TANAP-ın istifadəyə verilməsi Azərbaycanın tarixi uğurudur

Məlum olduğu kimi, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
 
Xatırladaq ki, layihə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. 
Bu tarixi hadisə ölkə əhalisi tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Hər kəs başa düşür ki, TANAP kimi böyük layihənin həyata keçirilməsi müstəqil dövlətimizin qüdrətini daha da gücləndirəcək. Bu barədə söz düşəndə Milli Məclisin deputatı Tahir Rzayev bunları dedi: 
– Mən qardaş Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimi diqqətlə izlədim. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev olduqca məzmunlu, parlaq çıxış etdi. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, TANAP layihəsinin uğurla həyata keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Bəli, birmənalı şəkildə demək lazımdır ki, TANAP-ın istifadəyə verilməsi Azərbaycanın növbəti tarixi uğurudur.
Xoşbəxtlikdən, Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazırlar. Yaxın keçmişə qısa nəzər salaq. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşüb. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Keçən il isə Bakı-Tbilisi-Qars dəmir yolu açılıb. Bu layihələrin hər birinin böyük iqtisadi və siyasi əhəmiyyəti var. 
Bir məqamı da vurğulamaq istəyirəm. Belə iri layihələr bölgəyə əmin-amanlıq və rifah gətirir. TANAP qonşu və dost ölkələr üçün də gözəl imkanlar yaradır. Belə ki, layihə yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. 
Bu gün hər bir ölkənin taleyində enerji təhlükəsiziyi mühüm önəm daşıyır. Tədbirdəki çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. 
Bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Bəlli olduğu kimi, bu tip iri layihələrin icrası həm texniki, həm də maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Lakin Azərbaycan və Türkiyə hökumətlərinin, iki qardaş dövlətin liderlərinin birgə səyləri ilə artıq bu sahədə bütün çətinliklər arxada qaldı. 
Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında