Türkiyə KİV-i TANAP-ın reallaşmasını Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirir

Trans-Anadolu (TANAP) təbii qaz boru kəmərinin istifadəyə verilməsi münasibətilə iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində keçirilən təntənəli mərasim qardaş ölkə KİV-inin diqqət mərkəzində olan əsas mövzudur.
 
Ölkənin aparıcı televiziya kanalları, qəzetləri, xəbər agentlikləri TANAP-ın əhəmiyyəti və rolu barədə məlumatlar, analitik materiallar və reportajlar yayıblar. 
TRT HABER, NTV, HABER –  TURK, CNN TÜRK və digər televiziya kanalları reportajlarında TANAP-ı strateji qaz xətti kimi dəyərləndirib. 
Anadolu agentliyi açılış mərasimindəki çıxışlardan, o cümlədən dövlət və hökumət başçılarının ikitərəfli görüşlərindən informasiyalar yayıb. Agentlik dövlətimizin başçısının mərasimdəki çıxışını “Azərbaycan Prezidenti Əliyev: TANAP Türkiyə ilə Azərbaycanın zəfəridir” sərlövhəsi ilə təqdim edib.
“Sabah” qəzetində dərc olunmuş analitik yazıda layihənin əhəmiyyəti, TANAP-ın texniki göstəriciləri, boru xəttinin keçdiyi ərazilərin inkişafına təsir imkanı barədə ətraflı məlumat verilir. Qəzet TANAP-ı əsrin layihəsi kimi təqdim edir.
“Milliyyət” qəzeti “Tarixi gün! TANAP-dan ilk qaz axını başladı” sərlövhəsi ilə yaydığı xəbərdə Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb. 
“Yeni şəfəq” qəzetində dərc olunmuş “Enerjinin ipək yolu” adlı məqalədə “nəhəng layihələrin halqası”, “TANAP sərmayələrin önündədir”, “qardaşlığın təzahürü”, “güclü liderliyin nəticəsi”, “enerji körpüsü” və s. kimi yarımbaşlıqlar yer alıb.
“Hüriyyət”, “Yeni akıt”, “Axşam”, “Türkiyə” və digər qəzetlərdə dərc olunan informasıya və məqalələrdə TANAP sülh, inkişaf, təhlükəsizlik, sosial rifah layihəsi kimi təqdim olunur. Əsaslandırılır ki, bu ideyanın ortaya çıxması və gerçəkləşməsi Azərbaycanın və Türkiyənin tarixi qardaşlığının, qurub-yaratmaq istəyinin nəticəsidir. 
DHA, İHA və digər xəbər agentlikləri TANAP-ın gerçəkləşməsi istiqamətində qəbul edilən siyasi qərarların əhəmiyyətini, bu layihənin iqtisadi gücünü, onun enerji təhlükəsizliyindəki rolunu diqqətə çatdırıblar. 
Türkiyə KİV-inin böyük əksəriyyəti TANAP-ın reallaşmasını Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının təzahürü kimi dəyərləndirir. 
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında