Ərzaqlıq buğda məhsulunda alaq bitkisinin toxumları aşkar edilib

Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  müfəttişləri Rusiya Federasiyasından idxal edilən ümumi çəkisi  1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.

Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.

Sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Sürünən kəkrə 25–60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır. Alaq otu yeni ərazilərə bir qayda olaraq bitki məhsulları ilə daşınır. Bunun qarşısını almaq üçün fitosanitar karantini tətbirlərinə ciddi əməl edilməli və toxumların yeni ərazilərə yayılmasının  qarşısı alınmalıdır.

Karantin bitki ilə güclü sirayətlənmiş ərazilərdə qara herik bitkisinin çovdar, yulaf, arpa, qarğıdalı, yonca və digər inkişaf edən bitkilərlə uyğunlaşdırılması səmərəlidir. Qara herik istifadə edilən ərazinin ən azı 20-25 faizini əhatə etməlidir.

Cənub rayonlarında sürünən kəkrə ilə mübarizə aparmaq üçün 3 il müddətində çəltik əkilməsi tövsiyyə olunur. Məhsul yığıldıqdan sonra kövşən üzlənməli, şum ərazi üçün optimal müddətdə aparılmalı və növbəli əkin sistemindən düzgün istifadə olunmalıdır.

 

                                                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında