Regional Aqrokimya laboratoriyalarının işi ilə tanışlıq

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Göygöl və Tovuz rayonlarında olub və bölgələrdə fəaliyyət göstərən Regional Aqrokimya laboratoriyalarının işi ilə yaxından tanış olub.

Göygöl və Tovuz Regional Aqrokimya laboratoriyalarının fəaliyyətini müsbət qiymətləndirən Camal Quliyev aqrokimya laboratoriyalarının məhsuldarlığın artmasında və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında əvəzsiz rol oynayacağını qeyd edib və əməkdaşlara qarşıda duran prioritet istiqamətlər barədə tövsiyələr verib.

Dövlət Xidmətinin rəisi sonra Tovuz rayonundan olan fermerlərlə sahədə görüşlər keçirərək Tovuz Aqrokimya laboratoriyasının fəaliyyəti barədə məlumat verib. Camal Quliyev bildirib ki, onlar laboratoriyanın imkanlarından istifadə etməklə, əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilərlər. Bu da öz növbəsində məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olacaq.

Fermerlərin diqqətinə çatdırılb ki, 2017-ci ildə Tovuz və Göygöl regional aqrokimya laboratoriyalarında torpaq mühiti, duzluluq, qida maddələri və mikroelementlərin təyini üzrə analizlər aparılıb və torpaq sahələri üçün kartoqramların hazırlanması işlərinə başlanılıb

Görüş çərçivəsində fermerlərin qaldırdıqları məsələlər və problemlər qarşılıqlı müzakirə olunub və həlli istiqamətində müvafiq tapşırıqlar verilib. 

 

                                                                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında