Dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

Bu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.
"Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Nazirlər Kabineti tərəfindən məqbul hesab edilən qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisə təqdim olunub", – deyə M.Piriyev qeyd edib.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında