“Zərərvericilərin inteqrir idarə olunması”

Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində meyvə bağlarında “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlim keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunan təlimdə fermerlər və fermerlərə məsləhət xidməti göstərən mütəxəssislər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Ələddin Eyvazov bu tip innovativ təlimlərin həm fermerlər, həm də mütəxəssislər üçün faydalı olduğunu bildirib. Daha sonra AEİMM direktoru yeni salınmış intensiv meyvə bağları ilə tanış olub, alimlərin sahə fəaliyyətləri ilə maraqlanıb. Mütəxəssislər yetişdirdikləri meyvə tinglərini də nümayiş etdiriblər. Görüşdə köhnə - istifadə müddətini başa vurmuş bağ sahələrinin yeniləri ilə əvəzlənməsinin lazım olduğu fikri səsləndirilib.

AEİMM direktoru Ələddin Eyvazov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binası ilə də tanış olub.

 

                                                                Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında