"Az-Granata" zavodunun əməkdaşları Mikrobiologiya İnstitutunda təcrübə keçiblər

"Az-Granata" Ağsu şirə və şərab emalı zavodunun əməkdaşları 14 may - 8 iyun tarixlərində AMEA-nın Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasında elmi-praktiki təcrübə keçiblər.

www.science.gov.az saytı xəbər verir ki, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə keçirilən məşğələləri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov və laboratoriyanın müdiri, biologiya üzrə elmlər doktoru Könül Baxşəliyeva aparıblar.

Təlimlərdə zavodun əməkdaşları şirə və şərab istehsalı zamanı tələb olunan mikrobioloji analizlərin aparılması, bakteriya və göbələklərin müəyyənləşdirilməsi, identifikasiyası, eləcə də mikrobioloji təhlükəsizliyin təmin edilməsi üçün lazımi metod və yanaşmalarla tanış olublar.

Sonda zavod əməkdaşlarına müvafiq sertifikatlar verilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında