“Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda seminar

Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq iyunun 8-də Yevlax rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, nazirliyin və tabeli qurumlarının, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

Yevlax şəhər icra başçısının müavini  cari ildə rayonda pambıq əkinlərinə hazırlıq, bu sahədə yerinə yetirilmiş və görüləcək işlər barədə ətraflı məlumat verib. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və prespektivlər” mövzusunda çıxış edərək qarşıda duran hədəfləri qeyd edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin nümayəndəsi İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

“Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılaraq müvafiq tapşırıqlar verilib. Müşavirə iştirakçıları pambıq sahəsində olub, becərilmə ilə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.  

 

                                                                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında