Son 2 ildə Azərbaycan sahibkarlarına dəyəri 2 milyard manatdan çox olan investisiya təşviqi sənədi verilib

Son iki il ərzində Azərbaycan sahibkarlarına hökumət tərəfindən 271 layihə üzrə dəyəri 2 milyard manatdan çox olan investisiya təşviqi sənədi verilib.

vergiler.az saytına əsasən, ixrac təşviqi mexanizminin işə düşməsi sayəsində sahibkarların maliyyə imkanları yaxşılaşıb, yerli qeyri-neft istehsalının və qeyri-neft ixracının həcmi əhəmiyyətli dərəcədə artıb, ixracqabiliyyətli yeni məhsulların istehsalı və çeşidi yüksəlib.

Təkcə 2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8 milyard 677 milyon dollardan artıq olub, mal mübadiləsində ixracın həcmi 5,6 milyard dollar təşkil edib. İxracda qeyri-neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çox artıb.

Təşviq sənədi əldə etmiş sahibkarların böyük əksəriyyəti qeyri-neft məhsullarının ixracı ilə məşğul olanlardır. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması, qida məhsullarının xüsusi nəqliyyat vasitələri ilə daşınması, bağçılıq, bostançılıq, çayçılıq, heyvandarlıq, sənaye üsulu ilə balıq yetişdirilməsi, qida məhsullarının və içkilərin, tütün məmulatlarının, toxuculuq sənayesi məhsullarının istehsalı ilə məşğul olanlar daha çox investisiyalarla təmin edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında