Hazırda Dünya Bankının dəstəyi ilə Azərbaycanda 9 layihə icra olunur

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşündə deyilib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nazir Şahin Mustafayev Azərbaycanın Dünya Bankı ilə 25 ildən çoxdur ki, əməkdaşlıq etdiyini, ölkəmizin bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və sair sahələri əhatə edir. Dünya Bankının maliyyə və texniki dəstəyi ilə müvafiq sahələrdə reallaşdırılan layihələr bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır.

Şahin Mustafayev bərk məişət tullantılarının vahid idarəçiliyi, Trans-Qafqaz Nəqliyyat Dəhlizində (TRACECA) yük daşımaları və logistika fəaliyyətinin təkmilləşdirilməsi və Dünya Bankı ilə birgə həyata keçirilən digər layihələrin əhəmiyyətini vurğulayıb, özəl sektora dəstəyin davam etdirilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair təkliflərini bildirib. Qeyd edilib ki, bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi çərçivəsində görülən işlər ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir. Şahin Mustafayev, həmçinin Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2018-ci ilin ilk dörd ayında ticarət dövriyyəsinin, qeyri-neft ixracının, eləcə də strateji valyuta ehtiyatlarının artdığını vurğulayıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında