Qəbələdə tütün əkini sahələri genişləndirilib

Qəbələ RİH-dən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. 10 illik fasilədən sonra Qəbələdə artıq 3-cü ildir tütün əkilir. Ötən il rayonda 70 hektar sahədə tütün əkən fermerlər dövlət dəstəyindən ruhlanaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Ötən ay tütün əkininə başlayan kəndlilər bugünədək 60 hektar sahəyə şitil köçürüblər. Tütün rayonun Mamaylı, Şamılı, Kiçik Əmili və Ziring kəndlərində əkilib. Fermerlər bu il 75 hektar sahədə tütün əkmək üçün hazırlıq işləri görüblər. Rayonda məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “İmmunium-558” və “Berley” sortundan olan tütün növünə üstünlük verirlər. Bu növ tütün bitkilərinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 35-40 ton, quru halda isə 3,5-4 ton məhsul götürmək mümkündür. Fermerlər əkin prosesindən əvvəl Şəkidə fəaliyyət göstərən “Azəri” tütün müəssisəsi ilə məhsulun alqı-satqısı barədə müqavilə bağlayıb. Qeyd edək ki, rayonda 4 fermer tərəfindən tütünün əkilməsi, onun becərilməsi və məhsulun toplanılması prosesinə, ümumilikdə, 160-dan çox yerli sakin cəlb olunu.

İ.Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında