Bu il “Qalmaz” yeraltı qaz anbarı sahəsində 21 yeni quyu qazılacaq

“Azneft” İstehsalat Birliyindən aldığımız məlumata görə,  gələn ilin may ayına kimi “Qalmaz” yeraltı qaz anbarı sahəsinə aktiv qaz həcminin 1,5 milyard olmaqla, bufer qaz həcminin 2,3 milyard kubmetrə çatdırılması üzrə tədbirlər həyata keçiriləcək.  Bunun üçün, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində yeni quyuların qazılması, qaz təsərrüfatının yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi işləri görüləcək.

Bu il ərzində “Qalmaz” yeraltı qaz anbarı sahəsində 3-cü bloka 6, 4-cü bloka 15 yeni quyunun qazılması planlaşdırılır. Sözügedən sahədə 6 yeni kompressor stansiyasının tikilərək 2019-cu ilin qazvurma mövsümünə kimi başa çatdırılması da nəzərdə tutulur. Hazırda yeni tikiləcək kompressor stansiyalarının avadanlıqlarının təchiz edilməsi istiqamətində işlər davam etdirilir.    

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında