Şəki-Zaqatala iqtisadi rayonunda 28 sahibkara 3,9 milyon manat kredit verilib

      İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir  Zaqatala rayonunda keçirilib.

  Forum çərçivəsində Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının, tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bildirilib ki, indiyədək Zaqataladan olan 439 sahibkara 11,8 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fındıqçılığın inkişafı üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,1 mln. manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, balıqçılıq, heyvandarlıq, bağçılıq, çayçılıq, meyvə emalı, turizm  və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

 Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kredit ayrılmış fındıq emalı müəssisəsinə baxış keçirilib.

                                                                      Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında