Dəmir yolunun Səngəçal istehsalat bazasında yeni portal-platformanın təqdimatı olub

“Azərbaycan Dəmir Yolları” QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında rels daşıyan portal-platformanın təqdimat mərasimi olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə yeni alınan, əvvəlkilərdən daha üstün imkanlara malik olan rels deşən, eləcə də şurup bərkidən cihazlara baxış keçirilib.

Qeyd edək ki, indiyədək ölkəmizin dəmir yollarında təmir zamanı Rusiya Federasiyası zavodlarının istehsalı olan portallardan istifadə edilib. Son zamanlar dəmir yollarının təmirindəki aktivlik səbəbindən portal vaqonuna tələbat daha da artdığı üçün respublikada fəaliyyət göstərən zavodların imkanları araşdırılıb. Yük daşımaları departamentinin vaqon xidmətinin sifarişi əsasında portal Sumqayıt Texnologiyalar Parkında (STP) layihələndirilib və hazırlanıb.

Xatırladaq ki, portalın hazırlanmasına aprel ayının 10-da başlanılıb, nümunə mayın 8-də hazır olub. Portalın hazırlanması daxili imkanlar hesabına başa gəlib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında