Fermerlərə kreditlər 7 faizlə veriləcək

İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən fermerlərə azı 1000 manat, maksimum isə 200 min manat kredit verilməsi nəzərdə tutulur. Kreditlər fermerlərə maksimum 7 faizlə veriləcək.

Bu barədə jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, bu kreditlər rəqabətədavamlı fermer təsərrüfatlarının yaradılması üçün çox böyük önəm daşıyacaq.

Kreditlərin alınması ilə bağlı girovların qoyulması məsələsinə toxunan xidmət rəisi deyib ki, rəhbərlik etdiyi qurum hazırda sözügedən sahədə bir sıra dövlət qurumları ilə yeni girov mexanizmlərinin hazırlanması üzərində çalışır. Həmçinin aqrar sahədə sığortalanma mexanizmi üzərində də işlər görülür. Bu sahədə yaxın zamanda irəliləyişlər olacaq.

Kredit almaq üçün zəruri sayılan sənədlərin minimuma endirildiyini diqqətə çatdıran M.Əliyev vurğulayıb ki, əgər əvvəllər bu sənədlərin sayı 10-15 arasında dəyişirdisə, indi 4-5-ə endirilib.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT arasında niyyət protokolları imzalanıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında