AZƏRTAC növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib

Mayın 24-də Sankt–Peterburqda 22-ci Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) açılıb. Forumun işində AZƏRTAC da iştirak edib.

PBİF dünyanın aparıcı siyasətçi və biznesmenlərini birləşdirir. Onlar Rusiyanın, inkişaf etməkdə olan bazarların və dünya birliyinin qarşısında duran mühüm problemləri müəyyənləşdirmək və müzakirə etmək, həll variantlarının axtarışına zəruri qüvvələri cəlb etmək üçün görüşürlər.

Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunmuş “dəyirmi masa”da AZƏRTAC-ı Asiya-Sakit Okean regionu ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) baş katibi Vüqar Seyidov təmsil edib. Xəbər agentliklərinin yeni minillikdə üzləşdiyi yeni çağırışlara həsr edilmiş bu “dəyirmi masa” maraqlı və canlı diskussiyaya çevrilib. Bir sıra nüfuzlu informasiya agentliklərinin nümayəndələri diskussiyada fəal iştirak edib, öz fikirlərini bildiriblər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında