Əhalinin gəlirləri 13 faiz artıb

Cari ilin yanvar-fevral aylarında əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 462,1 manat və ya orta hesabla ayda 231 manat təşkil etmişdir.
Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 4,1 faiz üstələmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ay ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,2 milyard manatlıq gəlirin 71,7 faizi son istehlak xərclərinə, 8,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,5 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 3,8 milyard manatlıq və ya əvvəlki ildəkindən 15,7 faiz cox vəsait qalmışdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında