Naxçıvanda arı ailələrinin sayı 70 mini ötüb

Beynəlxalq arıçılıq konfransında bu sahənin inkişaf perspektivləri müzakirə olunub

Naxçıvan Dövlət Universitetində keçirilən növbəti beynəlxalq arıçılıq konfransında muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Arıçılar Assosiasiyası, Türkiyənin Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Naxçıvanda kənd təsərrüfatının digər sahələri kimi, arıçılıq da qayğı ilə əhatə olunub.  

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, bu gün muxtar respublikada 2017-2022-ci illəri əhatə edən arıçılığın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb.

 Son illər Naxçıvanda arıçılığın inkişafı barədə geniş söhbət açılıb. Bildirilib ki, muxtar respublikada əvvəllər cəmi 6045 arı ailəsi var idisə, göstərilən dövlət qayğısının nəticəsində arı ailələrinin sayı artıq 70 mini ötüb.

Türkiyənin Uludağ Universiteti Baytarlıq fakültəsi, Parazitologiya kafedrasının professoru Levent Aydın arıçılığın mövcud problemləri, müxtəlif arı xəstəlikləri haqqında məlumat verib. Vurğulanıb ki, arı xəstəlikləri zamanı kimyəvi dərman preparatlarından vaxtında və düzgün istifadə etməklə yüksəkkeyfiyyətli və saf arıçılıq məhsulları almaq olar. Qonaq arı xəstəliklərinin vaxtında müəyyən edilib aşkarlanmasında müasir metodların əhəmiyyətindən danışıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov istehsal olunan məhsulların xarici bazara çıxarılması yolları haqqında məlumat verib.

Sonra konfrans “Regionlarda arıçılığın müasir vəziyyəti, yem bazası və inkişaf perspektivləri”, “Arı yetişdirmə seleksiya-damazlıq işi və yerli arı genofondunun qorunma yolları”, “Arıçıların təhlükəli arı xəstəlikləri və zərərvericilərinə qarşı aparılan baytarlıq-sanitariya tədbirləri” mövzularında bölmə iclasları ilə davam etdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında