“Ulduz” Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə ölkəmizi uğurla təmsil edir

Ulduz Şokolad Fabriki Çin Xalq Respublikasının Şanxay şəhərində 16-18 may 2018-ci il tarixində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.

Azərbaycanı təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edir.

Dünyanın ən böyük ərzaq sərgilərindən hesab olunan “Sial China” Beynəlxalq Ərzaq Sərgisində iştirakçıların əksəriyyəti Azərbaycanın stendini  maraqla izləyib, məhsullarımız ilə yanaşı ölkəmiz haqqında da geniş məlumatlar əldə ediblər.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlamış “Ulduz” Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə məhsul ixrac edir.

Qabil Yusifoğlu,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında