Azərbaycan Sahibkarlar Konfederasiyası Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında iştirak edib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub.

ASK-dan bildiriblər ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) və digər beynəlxalq təşkilatların üzvüdür və 50-dən yuxarı digər sosial iqtisadiyönümlü beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti mayın 12-15-də Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib.

Tədbirin əsas mövzusu konqresin fəaliyyətinin aktual məsələlərinin müzakirəsi, konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə, beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olub.

Şuranın iclasında nəqliyyat-logistika üzrə qarşılıqlı fəaliyyət, biznes proseslərinə hüquqi yardım, konqresin üzvlük bazasının daha da optimallaşdırılması, gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri, Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında