Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa dəyər fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı həyata keçiriləcək.

Ali məktəbdən verilən məlumata görə, “Alternativ” mövzusu ilə reallaşacaq konfrans  mayın 26-da BANM-ın kampusunda keçiriləcək. Konfransda ölkənin müxtəlif sahələrində uğur qazanan 9 mütəxəssisi iştirak edəcək. 

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən ayrı-ayrı sahələrdə çalışan insanları qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışa dəvət edir və gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır.

BANM-da keçiriləcək TEDxBHOS konfransı da digərləri kimi, qeyri-kommersiya təşkilatı olan TED-in lisenziyası əsasında baş tutacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında