“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda son illərdə bəşəri önəmi ilə seçilən bu elm sahəsində çalışan alimlərin yeni ideya və elmi nəticələri müzakirə olunmuş, uyğun platforma təqdim edilmişdir.

İngiltərədəki Kembric Universitetinin, Latviyanın Liepaja Universitetinin və “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmişlər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirmişdir ki, Bakı konfransına göstərilən maraq, onun işində 10 ölkədən gələn alimlərin iştirakı həm davamlı inkişaf konsepsiyasına və bu konteksdə humanitar elmlərin çağdaş problemlərinə elmi həssaslıqdan xəbər verir.

Ali məktəb rəhbəri iştirakçıların diqqətinə çatdırmışdır ki, davamlı insan inkişafının tədrisinə dünyada 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu prosesə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildən başlanıb. Bu, ölkəmizin təhsil siyasətində insan amilinin prioritet təşkil etməsindən xəbər verir. Prezident İlham Əliyev isə “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikrini bəyan etməklə ölkəmizdə onun üstünlüyünü müəyyənləşdirib.

AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeromin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, görkəmli yazıçı Çingiz Aytmatovun oğlu, diplomat Askar Aytmatov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Seyfəl Həsənov, “Assol” İctimai Fondunun prezidenti Assol Moldokmatova konfransın əhəmiyyətindən söz açmış, müzakirə olunacaq mövzunun aktuallığını vurğulamışlar.

Ümumi iclasda Türkiyə və Rusiyanın tanınmış alimləri Bülent Açma və Olqa Astafyeva məruzə ilə çıxış emişlər. Konfrans işini iqtisadiyyat, filologiya, kulturologiya, tarix və hüquq, təhsil və İKT, sosial elmlər bölmələrində davam etdirmişdir.

İkinci gün plenar iclasda Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yuri Qoryaçevin “UNESCO-nun UNITWIN kafedrasının proqramı dayanıqlı inkişaf proqramının gündəliyində” mövzusunda məruzə ilə çıxış etmişdir.

Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və s. kimi 15-ə yaxın ölkənin elm adamlarının 232 məqaləsi konfransa təqdim edilmiş materiallar kimi toplu şəklində çap olunmuşdur.

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında