Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər mövzusunda “dəyirmi masa” keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə “Əsas ixrac prosedurları və ixrac zamanı tətbiq olunan güzəştlər” barədə “dəyirmi masa” keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə,  tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan mənşə sertifikatları barədə, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, ekspertiza prosedurları və tətbiq olunacaq güzəştlər barədə təqdimat keçiriləcək.

Bu sahədə beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət, ixrac edən sahibkarlar üçün prosedurların asanlaşdırılması, ixrac potensiallı şirkətlər üçün ixracda tətbiq olunan güzəştlərin verə biləcəyi üstünlüklər və bu güzəştlərdən yararlanmaq üçün tələblər ətraflı müzakirə olunacaq.

Sahibkarları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılacaq. Tədbir mayın 23-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında