Vergi ödəyicilərinin təsərrüfat subyektlərində 7010 müşahidə-baxış tədbiri keçirilib

vergiler.az saytının yaydığı məlumatda bildirilir ki, 2018-ci ilin birinci rübündə vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti dayandırıldıqdan sonra həmin təsərrüfat subyektinin fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədilə 7010 obyektdə müşahidə-baxış tədbirləri keçirilib. Bunun nəticəsində 617 obyektdə vergiödəyicisinin özünün, 197 obyektdə isə digər vergiödəyicisinin fəaliyyət göstərdiyi müəyyən olunub və bununla bağlı müvafiq tədbirlər görülüb, 6196 obyektin isə müşahidə zamanı bağlı olduğu müvafiq aktla rəsmiləşdirilib.

Fəaliyyətini uzun müddət dayandırmış vergiödəyicilərinin fəaliyyətlərinin dayandırma müddətinin başa çatmasına 10 gün qalanadək, habelə vergiödəyicilərinin fəaliyyətlərinin hər hansı digər səbəbdən bərpası ilə əlaqədar 17310 vergiödəyicisi ilə müvafiq məlumatlandırma işləri aparılmaqla öhdəlikləri barədə, o cümlədən fəaliyyət göstərmədikləri halda yenidən müvafiq arayış təqdim etməli olduqları barədə məlumatlar verilib.

vergiler.az saytının yaydığı məlumatda, həmçinin vurğulanır ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in qüvvədəolma müddəti başa çatıb, lakin yeni qəbz almamış vəziyyəti aktiv olan 1985 vergiödəyicisi məlumatlandırılıb. Onlardan 1266-sı və ya 63,8 faizi üzrə risk aradan qaldırılıb.

Bununla da aprelin 1-i tarixinə sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almış vergiödəyicilərinin sayı 3360-a (təqdim olunmuş sabit vergi üzrə qəbz sayı 12.255) çatıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında