Daşınar əmlakla bağlı reyestrdən çıxarışlar “ASAN xidmət”də veriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən istifadəyə verilmiş Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) xidmətlərinin əhali üçün daha əlçatan olması məqsədilə Palata və “İnnovasiyalar Mərkəzi” MMC arasında müqavilə imzalanıb.

Palatadan verilən məlumata görə, müqaviləyə əsasən, Bakı şəhərində fəaliyyət göstərən 1 və 4 saylı “ASAN xidmət” mərkəzlərində Reyestrdən çıxarışların təqdim olunması üzrə ödənişli xidmətin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Bu günə qədər https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən Reyestrdə qeydiyyatdan keçənlərin sayı 600 nəfərə yaxın, bildirişlərin sayı isə 15 mindən çoxdur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında