Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,03 milyard manat köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

DGK-nin hesabatında, həmçinin deyilir ki, aprel ayında gömrük daxilolmaları 300,59 milyon manat təşkil edib. Ötən ay gömrük rüsumlarından daxilolmalar 71,14 milyon manat, ƏDV – 211,53 milyon manat, aksiz daxilolmaları – 15,01 milyon manat, yol vergisindən daxilolmalar – 2,91 milyon manata bərabər olub.

2017-ci ilin aprel ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 25,6 faiz, ƏDV – 76,2 faiz, aksiz daxilolmaları – 94,5 faiz, yol vergisindən daxilolmalar – 11,8 faiz artıb.

Qeyd edək ki, 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında